Terrorçular zərərsizləşdirilib

27 Yanvar 2021 10:47 (UTC+04:00)

Suriya ordusunun elit bölmələri Deyr-ez-Zor əyalətində əməliyyat keçirib və İŞİD qruplaşmasının terrorçu dəstəsini zərərsizləşdirib. SİA-nın xəbərinə görə, bu barədə SANA agentliyi bildirib. Agentliyin məlumatına görə, silahlılar bir neçə dəfə Palmira - Deyr-ez-Zor şosesində hərbçilərin və dinc vətəndaşların olduğu avtobuslara hücumlar təşkil ediblər. Hərbçilər Əş-Şula oazisinin və Badia-eş-Şam səhrasındakı Kabajib oazisinin təmizlənilməsi zamanı dəstə üzvlərini güdüblər.

Qeyd edilir ki, əməliyyatın gedişatında beş silahlı öldürülüb. Hərbçilər hesab edirlər ki, terrorçular Suriya ərazisinə bu ölkənin İordaniya və İraqla sərhədlərinin birləşməsindəki Ət-Tanf rayonundan, ABŞ-ın və qərbyönlü koalisiyanın hərbi bazasından keçiblər.