5.4 bal gücündə zəlzələ olub Yaponiyada

27 Yanvar 2021 10:32 (UTC+04:00)

Yaponiyanın Hokkaydo adası sahillərində 5.4 bal gücündə zəlzələ baş verib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Meteoroloji İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, zəlzələnin ocağı 130 kilometr dərinlikdə yerləşib. Zəlzələ Yaponiyada ən yüksək hədd kimi qəbul edilən yeddi ballıq şkalaya çatmayıb, ən güclü təkan paytaxtda olub - 4 bal.

Qeyd olunur ki, Tokiodan başqa zəlzələ dörd əyalətdə də hiss edilib. Sunami təhlükəsi yoxdur.

İtkilər və dağıntılar barədə isə hələlik məlumat verilməyib.