Rusiyada bahalaşma…

27 Yanvar 2021 10:23 (UTC+04:00)

Yanvar ayından etibarən qonşu Rusiyada çörək, un, günəbaxan yağı və qarabaşaq yarmasının qiymətində bahalaşma müşahidə edilməkdədir.

Bu barədə SİA rus KİV-lərinə istinadən xəbər verir. Verilən məlumata görə, yanvarın əvvəlindən etibarən bu ölkədə çörək üçün orta çek ötən ilin dekabr ayına nisbətən 4 faiz, təqribən 29 rubl artırılıb.

Qeyd edilməlidir ki, bəzi ərzaq məhsulları istisna olmaqla, bu artım digər ərzaq məhsullarında da müşahidə edilməkdədir. Beləliklə, ilin əvvəlindən etibarən şimal qonşumuzda müvafiq olaraq unun qiyməti 71, qarabaşaq yarmasının qiyməti isə 107 rubl bahalaşıb.

Maraqlıdır ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi bir müddət bundan əvvəl ölkədə hər hansı bir qida çatışmazlığının gözlənilmədiyini açıqlayıb.

Ağasəf Babayev