Yaponiyanın şimalında məktəb avtobusunun iştirakı ilə qəza baş verib

27 Yanvar 2021 06:45 (UTC+04:00)

Yaponiyanın şimalında məktəb avtobusunun iştirakı ilə qəza baş verib.

SİA-nın məlumatına görə, bu barədə Kyodo agentliyi xəbər verib.

Hokkaydo prefekturası polisindən verilən məlumata görə, hadisə Memuro adlı kiçik şəhərciyində baş verib. İbtidai və orta məktəb şagirdlərini daşıyan avtobus aşıb. Ən azı 11 nəfər xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.