İngiltərə Premyer Liqasında 20-ci tura start verilib - 4 oyunun hamısında qonaqlar sevinib

27 Yanvar 2021 02:15 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Kristal Pelas” “Vest Hem”lə, “Nyukasl” isə “Lids”lə üz-üzə gəlib. Hər iki oyun qonaqların qələbəsiylə yekunlaşıb.

“Arsenal” bu tur çərçivəsində çətin “Sauthempton” səfərinə yollanıb və inamlı qələbəyə sevinib. “Mançester Siti” isə “Vest Bromviç”in qonağı olub və 5 cavabsız qolla qalib gəlib.

İngiltərə Premyer Liqası

20-ci tur

26 yanvar

Kristal Pelas – Vest Hem 2:3

Qol: Zaha, 3. Batşuayi, 90+7 – Souçek, 9; 25. Douson, 65.

Nyukasl – Lids 1:2

Qol: Almiron, 57 – Rafinya, 17. Harrison, 61.

Sauthempton – Arsenal 1:3

Qol: Armstronq, 3 – Pepe, 8. Saka, 39. Lakazette, 72.

Vest Bromviç – Mançester Siti 0:5

Qol: İ.Gündoğan, 6; 30. Kanselo, 20. Mahrez, 45+2. Sterlinq, 57.

27 yanvar

22:00 Bernli – Aston Villa

22:00 Çelsi – Vulverhempton

23:30 Brayton – Fulhem

00:15 Everton – Lester

00:15 Mançester Yunayted – Şeffild Yunayted

28 yanvar

00:00 Tottenhem – Liverpul