Türkiyədə son sutkada yeni növ koronavirusa 7103 yeni yoluxma halı qeydə alınıb

27 Yanvar 2021 00:10 (UTC+04:00)

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 134 nəfər dünyasını dəyişib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 25 344 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 7 103 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 442 350 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 108 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 322 511 nəfər təşkil edir.