90 yaşlı Krasko altıncı dəfə ata oldu

27 Yanvar 2021 00:31 (UTC+04:00)

Bu yaxınlarda 90 yaşını qeyd edən rusiyalı aktyor İvan Krasko yenidən- altıncı dəfə ata olub. SİA xəbər veriri ki, Rusiyanın "Əslində" tok-şousunun qonağı olan rus aktyor -"sevgi varsa, o zaman bir uşağın dünyaya gəlməsi üçün heç bir maneə ola bilməz"-deyə bildirib.

Yeri gəlmişkən bildirək ki, uşağın anası da sənət adamı - aktrisa Juliya Kiçemasovadır. Verilən məlumata görə, Krasko və Kiçemasovanın bu yaxınlarda evlənməyi planlaşdırdıqları da məlum olub. Əgər bu izdivac baş tutarsa, bu Kraskonun beşinci evliliyi olacaq.

Ağasəf