“Ermənilərin xəmiri təxribatla yoğrulub” MÜSAHİBƏ

26 Yanvar 2021 17:00 (UTC+04:00)

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir

- Elşən müəllim, Ermənistan yenidən aranı qarışdırmaq və Qarabağda müəyyən yerlərədə təxribatlar törətməyi planlaşdırır. Sizcə, bu nədən irəli gəlir?

- Mən bir dəfə də bu fikri söyləmişdim və yenidən təkrar etmək istəyirəm: Ermənilərin xəmiri təxribatla yoğrulub, təxribat onların canındadır, qanındadır və naqis düşmən əsrlər boyunca, üstəlik müxtəlif mərhələlərdə bu təxribatları həyata keçirib. İndi də xislətlərinə, xarakterlərinə uyğun olaraq yenidən həmin cəhdləri edirlər. Amma cavablarını da alırlar. Yəni, erməni bundan sonra heç bir zaman törətdiyi təxribatlarla arzuladığı nəticəyə vara bilməyəcək. Niyə? Birincisi, 44 günlük müharibədə onlar başı üzərində Azərbaycanın dəmir yumruğunu gördü, məhv oldu, kapitulyasiya aktını imzaladı. İkincisi, Ermənistanın hazırda başı özünə qarışıb. Ölkədə çox ciddi siyasi və iqtisadi gərginlik var. Nə baş nazir nə də hökümət vəziyyəti idarə edəcək imkanda, gücdə deyil. Ağız deyəni qulaq eşitmir, xalqla hakimiyyət arasında bağ, təmas itib. Hətta xaotik durum o həddə qədər irəliləyib ki, artıq heç bir kadr dəyişikliyi, heç bir populist vəd, heç bir addım Paşinyanın və komandasının köməyinə gəlmir, dadına yetmir. Bunun isə öz səbəbləri var. Əvvəla, Ermənistan heç bir zaman müstəqil olmayıb, müstəqil siyasət yürütməyib. Onun-bunun cibində, ovcunda gizlənənlərin, kiminsə ağzı və dili ilə danışanların isə aqibəti hər zaman belə nəticə ilə sonuclanır. Digər məqam: 30 ilə yaxın müddətdə Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlayan Ermənistan əslində bununla bütün regional layihələrdən özünü faktiki təcrid edib, öz iqtisadi uğursuzluğunun, öz siyasi bədbəxtliyinin əsasını qoyub. Yəni, bu dövlət məhz işğalçı damğasını öz üstündə gəzdirdiyinə görə bütün qapıların kandarında qalıb, bütün dünyanın nifrətini qazanıb. Bu gün də xislətinə, yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir: həm işğal elədiyi torpaqlardan rədd olub, müharibəni uduzub, kapitulyasiya aktını imzalayıb, həm də iqtisadi və siyasi çöküş prosesi ilə baş-başa qalıb. Üstəlik, bu proses get-gedə dərinləşir. Xaos daha da irəliləyir və əgər Ermənistan bu xaosun ardınca Dağlıq Qarabağda da təxribatlar törətməyə çalışsa yalnız öz vəziyyətini gərginləşdirəcək, özünə ziyan edəcək. Azərbaycan dövləti və Azərbaycanın müzəffər ordusu bütün təxribatların qarşısını almağa qadirdir.

- Bu günlər Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib və iclasa A.Artunyanda qoşulub. Sizcə, terrorçubaşı A.Arutunyanın Təhlükəsizlik Şurasının iclasında iştirak etməsi nədən irəli gəlir?

- Arutunyan o qədər bədbəxt bir adamdır ki, onun varlığı və yoxluğu heç bir mərhələdə bilinməyib. Müharibə dövründə də haralardasa gizləndi və kapitulyasiya aktı imzalanandan sonra üzə çıxdı. İndi də məqsədsiz və məramsız formada onun-bunun masasında, süfrəsində, yanında peyda olur. Arutunyan terrorçudur, qatildir, canidir. Ona qarşı cinayət işi qaldırılıb. Paşinyan həmin canini nə qədər yanında oturdacaqsa, saxlayacaqsa özünü də bir o qədər daha çox məhvə doğru aparacaq. Hərçənd ikisi də eyni xislətdədir və bir-biri ilə həmxasiyyətdir.

- Ermənistada bəzi revanşist qüvvələr meydana çıxıb və yenidən Qarabağda müharibə çağrışı ilə çıxış edirlər. Buna münasibətiniz?

- Revanş dövrü ötüb. Artıq Dağlıq Qarabağ öz əzəli sahibindədir. 44 günlük Vətən Müharibəsində Azərbaycan əsgəri böyük əzm, qətiyyət göstərdi və Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımız işğaldan azad olundu. Bu, həqiqətən möhtəşəm uğurdur, qəhrəmanlıq səlnaməsidir, şanlı tarixdir. Artıq erməni vandalları cəzalarını alıblar, onlar kapitulyasiya aktına imza atıblar, öz məğlubiyyətlərini etiraf ediblər. Düzdür, aralarında hələ də bəzi romantiklər qalır və onlar da ümid edirlər ki, nə vaxtsa revanş götürə bilərlər. Amma həmin adamlar xəyalpərəstlərdir. Bu mümkün olmayacaq. Azərbaycanın mübariz, müzəffər ordusu bundan sonra əsla və əsla imkan verməz ki, hansısa erməni təxribatçısı və ya terrorçusu bizim torpaqlara göz dikə bilsin. Əgər erməni belə bir iddiaya düşsə, növbəti dəfə başı əziləcək, növbəti dəfə başı üzərində dəmir yumruğu görəcək. Ermənistan bundan sonra 40-50 il də güclənsə yenə Azərbaycanın qəhrəman ordusunun qarşısında duruş gətirə bilməz. Biz 44 gün ərzində onlara elə dərs vermişik ki, həmin dərsi ermənilər heç vaxt unutmayacaq.