“Erməni gəlin”lərin ər həsrəti

26 Yanvar 2021 16:57 (UTC+04:00)

Müharibənin Ermənistana gətirdiyi fəsadlar təkcə iqtisadi sahədə deyil, həm də ölkədəki demoqrafik vəziyyətdə də özünü büruzə verməkdədir. Maraqlıdır ki, bu gün düşmən ölkənin bu sahəyə səlahiyyətliləri yaranmış problemi ekstrakorporal gübrələmənin, yəni sonsuzluq hallarında istifadə olunan reproduktiv texnologiyanın köməyi ilə həll etməyi təklif edirlər.

Qeyd edilməlidir ki, Ermənistan həmişə kişi azlığından əziyyət çəkən ölkələr sırasında yer alıb. Bunu ermənilər özləri də etiraf edirlər. Hazırda erməni başbilənləri “erməni gəlin”lərini bəysiz buraxmamaq üçün baş sındırırlr.

Yeri gəlmişkən o da qeyd edilməlidir ki, Ermənistanda təbii artım da son illərdə aşağı düşməkdə davam edirdi. Məsələn, son üç ilin yanvar-iyul aylarında bu ölkədə təbii artım göstəriciləri - 2018-ci ildə -4087, 2019 –cu ildə- 3579, 2020 -cı ildə isə 2394 nəfər olmuşdu. Göründüyü kimi, ermənilərin bu sahədəki tənəzzülü də göz önündədir.

Maraqlıdır ki, son illər daha çox Rusiyada yaşanan “vətəndaş nikahları” erməni cəmiyyətində də formalaşmağa başlamışdır. Yəni ermənilər də Rusiya, eləcə də Qərbdə olduğu kimi, daha az evlənib və daha tez boşanmağa üstünlük verməyə başlamışdılar.

Son zamanlar bir çoxları kimi, Erməni iqtisadçı Ara Qaloyan da çox sayda uşağın olduğu ənənəvi erməni ailə modelinin artıq yoxa çıxdığını etiraf etmək məcburiyyətində qalıb. Onun fikrincə, ümumiyyətlə, erməni qadınlarının, əvvlki kimi, hələ də dünyaya uşaq gətirəcəklərinə inanmaq çətindir: “Bəlkə də onlar dünyaya uşaq gətirəcəklər, amma Ermənistanda deyil, bəladan uzaq daha sakit bir yerdə”.

Ağasəf Babayev