Boks üzrə dünya kuboku təxirə düşüb

26 Yanvar 2021 15:00 (UTC+04:00)

Rusiyada keçiriləcək boks üzrə komanda dünya kuboku koronavirus pandemiyası səbəbindən 2022-yə təxirə salınıb.

SİA-nın məlumatına görə, bu barədə Beynəlxalq Boks Assosiasiyasının (AİBA) mətbuat xidməti məlumat verib.

Qeyd edilib ki, əvvəlcə yarışın 2020-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulmuşdu. Məlumatda Moskvanın turnirin final mərhələsinə ev sahibliyi edəcəyi vurğulanır.

AIBA-nın prezidenti Umar Kremlyev koronavirus pandemiyası ilə bağlı vəziyyəti yaxından izlədiklərini və həkimlərlə əlaqə saxladıqlarını bildirib. O vurğulayıb ki, məhz idmançıların sağlamlığını qorumaq üçün turnirin 2022-ci ilə təxirə salınması qərara alınıb.