Dağıdıcı tornado nəyə səbəb oldu?

26 Yanvar 2021 13:44 (UTC+04:00)

ABŞ-ın Alabama əyalətini dağıdıcı tornado bürüyüb. SİA xəbər verir ki, bu barədə “ABC news” məlumat yayıb.
Məlumatda bildirilir ki, fövqəladə hadisə nəticəsində ağaclar yıxılaraq qırılıb, bir neçə ev dağılıb və zədələnib.
Bundan əlavə, Fultondeyl şəhərindəki bir otelə ziyan dəyib. Hazırda xilasedicilər hadisə yerində işləyirlər.
Hələlik, tornado qurbanları haqqında məlumat verilməyib.