Dövlət Bahçeli Şuşada tikiləcək məktəbin layihəsini təqdim edib FOTO

26 Yanvar 2021 13:30 (UTC+04:00)

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli bir müddət əvvəl Şuşada tikiləcəyini bildirdiyi məktəbin layihəsini təqdim edib.

SİA-nın məlumatına görə, o, bu barədə Türkiyə Böyük Millət Məclisində çıxış edərkən bildirib.

Partiya sədri qeyd edib ki, məktəb layihəsinə Azərbaycan tərəfi razılıq verib:

"Ermənistanın işğalından azad edilən qədim mədəniyyət mərkəzimiz Şuşada məktəb tikintisi üçün münasib yer seçiləcək və bundan sonra məktəbin təməli qoyulacaq: “Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşılıqlı razılığı ilə Şuşada məktəb tikintisi ilə bağlı layihəmiz təsdiq olunub. Bu həssas məsələyə diqqət göstərdiklərinə görə hər iki dövlət başçısına təşəkkür edirəm!".

D.Bahçeli məktəbin təməlinin yaxın günlərdə qoyulacağını vurğulayıb.