Qoyun oğrusu tutuldu

26 Yanvar 2021 12:53 (UTC+04:00)

Sumqayıt şəhər sakini Q.Rəhimova məxsus 6 baş qoyunu oğurlamaqda şübhəli bilinən E.Nəcəfov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Q.Rəhimova məxsus 6 baş qoyunu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəcəfov saxlanılıb.