Millət vəkili şəhid ailələrinə və qazilərə baş çəkib

26 Yanvar 2021 11:40 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət edib. SİA-nın verdiyi məlumata görə, 44 günlük Vətən müharibəsinin qəhrəman qaziləri və şəhid ailələri ilə görüşən millət vəkili, onların qayğıları ilə maraqlanıb. Lazımi dəstək üçün hər zaman hazır olduğunu qeyd edən deputat, Vətən uğrunda canından keçən və bu yolda sağlamlığını itirən qəhrəmanları daim diqqətdə saxlamağın hər birimizin vətəndaşlıq borcu olduğunu ifadə edib.

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı mütəmadi olaraq Vətən müharibəsi qazilərini və şəhid ailələrini ziyarət edərək mənəvi dəstək göstərir.