Kitabxanada Nizami Gəncəviyə həsr olunmuş virtual tədbir keçirilib

26 Yanvar 2021 11:40 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayonu Mərkəzi Kitabxana Sistemi orta əsrlər Şərqinin böyük şairlərindən biri Nizami Gəncəviyə həsr olunmuş virtual tədbir keçirib. İdarədən SİA-ya bildirilib ki, virtual tədbirin qonağı gənc şair, publisist Yusif Nazim Ərəbsoy olub.

Tədbirdə Yusif Nazim Ərəbsoy poeziya ustadı, dahi Nizami Gəncəvi yaradıcılığına toxunub və Nizaminin bir neçə qəzəlindən parçalar söyləyib.

İzləyicilərin maraqla dinlədiyi virtual görüşdə ona ünvanlanan sualları müəllif ətraflı cavablandırıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı Sərəncamla bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.