Milyarderlər pandemiyadan sonra gücləndilər, bəs orta və yoxsul təbəqə? - ARAŞDIRMA

26 Yanvar 2021 11:28 (UTC+04:00)

Covid-19 pandemiyası bir çox insanın işini itirməsinə və bir çox müəssisənin iflas etməsinə səbəb olarkən, milyarderlər ya zərər görmədilər, ya da bu müddətdə daha da gücləndilər. İngilis Oxfam xeyriyyə təşkilatı illik bərabərsizliyə dair hesabatında dünyanın ən varlı min nəfərinin pandemiya öncəsi maliyyə şərtlərinə 9 ay ərzində nail ola bildiyini, yoxsullar üçün bu müddətin 10 ilə qədər ola biləcəyini açıqlayıb.

SİA xəbər verir ki, Oxfam-a görə, milyarderlər keçən il epidemiyanın başladığı 18 mart - 31 dekabr tarixləri arasında gəlirlərini təqribən 3,9 trilyon dollar artırmış, ilk 10 zənginin ümumi gəliri isə 540 milyard dollara çatıb. Dünyanın ən varlı insanları Elon Mask, Jeff Bezos və Fransız iş adamı Bernard Arnault eyni dövrdə "böhrandan əvvəl sərvət səviyyələrini aşaraq" təqribən 175 milyard avro qazanıblar.

"Son 90 ilin ən böyük məşğulluq böhranı"

Oxfam-ın İcraçı Direktoru Gabriela Baçer, "Qeydiyyat aparılmasına başladığı gündən bəri bərabərsizliyin ən böyük artımının şahidi oluruq"- deyə bildirib.

Baçer "Pandemiyadan lüks içində xilas olan varlı elita varidatını artırarkən, pandemiyada ön cəbhədə olan səhiyyə işçiləri və market satıcıları kommunal xərclərini ödəməyə çalışır"- deyib.
Hesabata görə, son 90 ilin ən böyük məşğulluq böhranının dünyada yaşandığı, bu müddətdə milyonlarla insanın gəlirlərini və ya işlərini itirdiyi ifadə edilib.

Oxfam Almaniyadan Tobias Hauschild-in böyük şirkətlərin və ən varlıların dövlət maliyyəsinə daha çox töhfə verməsi üçün bərabərsizliklərlə mübarizə aparmaq üçün vergi siyasətinin həyata keçirilməli olduğunu iddia edib.

"Milyarderlərin bütün dünyada hər kəsin vaksinasiyasına çatacaq qədər sərvəti var"

Dünyadakı ən varlı 10 insanın pandemiyadan sonra sərvətlərini qat-qat artıracağını bildirən hesabatda, dünyanın ən varlı adamlarının bütün sərvətlərinin hamının vaksinasiyasına imkan verməsi üçün kifayət qədər olduğu təyin olunub.
Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) son hesabatlarında Covid-19 pandemiyası səbəbiylə dünyada gəlir bölgüsünün ədalətinin daha da pisləşəcəyi barədə xəbərdarlıq edib.