Hərbi helikopter qəzaya uğrayıb

26 Yanvar 2021 11:10 (UTC+04:00)

Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Dhruv” markalı yüngül çəkili helikopter qəzaya uğrayıb. SİA-nın xəbərinə görə, bu barədə “Hindustan Times” qəzeti ölkənin müdafiə nazirliyinin nümayəndəsinə istinadən xəbər verib.

Qeyd olunub ki, qəza Cammu və Kəşmir müttəfiq ərazisində qeydə alınıb. Nəticədə pilotların biri ölüb, digəri ağır yaralanıb.

Xatırladaq ki, “Dhruv” markalı yüngül çəkili helikopter “Hindustan Aeronautics Ltd” şirkəti tərəfindən istehsal olunur. Bu helikopter güclü “Shakti” mühərriki ilə təmin olunub. Bütünlüklə şüşəli kabinə ilə örtülməsi və radio elektron avadanlığının birləşdirilən dəsti ilə təchiz edilməsinə görə fərqlənir.