Xameneinin güvəndiyi peyvəndlər

26 Yanvar 2021 11:02 (UTC+04:00)

“İranın ali lideri Əli Xamenei koronavirusa qarşı peyvənd məsələlərində yalnız Rusiya və Çin peyvəndlərinə güvənir”. SİA Rusiya mətbuatına istinad edərək bildirir ki, bu barədə İranın rəsmi səlahiyyətlisi Fadi əl-Seyyid son açıqlamalarının birində məlumat verib.

Rusiya və Çin peyvəndlərinə olan inam faktorunu Amerika peyvəndindən daha yüksək dəyərləndirən İranın dini lideri ölkəsinin də artıq ilk İran peyvəndi olan “Kovo-İran”-nın tədavülə buraxıldığını bildirib. Onun sözlərinə görə, peyvənd artıq yerli könüllülərə vurulmaqda davam etdirilir.

Yeri gəlmişkən bildirək ki, İran səlahiyyətliləri peyvənd mübadiləsində İngiltərə və ABŞ istisna olmaqla, digər xarici ölkələrlə, o cümlədən, Rusiya, Çin, Hindistan və Kuba ilə əməkdaşlıq etməyə hazır olduğunu bildiriblər.

Ağasəf Babayev