Rəssamların vahid informasiya bazasına əlavə edilməsi prosesi davam edir

26 Yanvar 2021 11:05 (UTC+04:00)

Azərbaycan Dövlət Rəsm Qalereyasının layihəsi olan “Azərbaycan rəssamlarının vahid informasiya bazası” elektron resursuna rəssamların əlavə edilməsi və təkmilləşmə prosesləri davam edir.

Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, rəssamların vahid informasiya bazasında onların yaradıcılığını əhatə edən məlumat və əsərlərin olması üçün təqdim edilən anketi doldurub, resmqalereya@gmail.com adresinə göndərmək xahiş olunur.