Yanacaqdoldurma məntəqəsi qarət edildi

26 Yanvar 2021 10:28 (UTC+04:00)

Quba rayonunda yanacaqdoldurma məntəqəsindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan SİA-ya verilən məlumata görə, yanvar ayının 25-də Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən 297 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Ə.Əmrahov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxs törətdiyi əməli etiraf edərək, oğurluq yolu ilə əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.