Tramp üsyana təhrikdə günahlandırılır - İMPİÇMENT

26 Yanvar 2021 09:47 (UTC+04:00)

ABŞ Konqresinin aşağı palatasının nümayəndələri sabiq prezident Donald Trampın impiçmenti barədə qətnaməni Senata təqdim ediblər. "TASS" xəbər verir ki, ölkə tarixində ilk dəfə olaraq hakimiyyətdən kənarlaşdırma proseduru iki dəfə eyni prezidentə qarşı həyata keçirilir.

Məlumata əsasən, qətnamə bir ittiham maddəsindən ibarətdir - üsyana təhrik.

Qeyd edilir ki, impiçment üzrə prosesin özü fevralın 8-dən sonra başlayacaq.