Yeni növ koronavirusun mutasiyası daha çox ölümlə nəticələnə bilər - BMT Baş Katibi

26 Yanvar 2021 08:18 (UTC+04:00)
Yeni növ koronavirusun (COVİD-19) mutasiyası və peyvəndlərin paylanmasının gecikməsi daha çox ölümlə nəticələnə bilər. SİA-nın məlumatına görə, bunu BMT Baş katibi Antoniu Quterreş yüksək səviyyəli "Davos Gündəmi" tədbirində çıxışı zamanı deyib. A.Quterreş bildirib: "Virusun mövcud peyvəndlərə qarşı davamlı ola biləcək daha yoluxucu və ölümcül variantlara mutasiyası ilə bağlı real təhlükə var". Bununla əlaqədar BMT-nin Baş katibi peyvənd istehsalının əhəmiyyətli dərəcədə artırılmasına və eyni zamanda onların hər kəs üçün əlçatan olmasını təmin etməyə çağırdı: "Peyvəndlər yüksək gəlirli ölkələr sürətlə çatdırılır, digər kasıb ölkələrdə isə peyvənd çatışmazlığı yaranır".