Fransada ötən sutka ərzində yeni növ koronavirusa 4240 yoluxma halı qeydə alınıb

26 Yanvar 2021 06:37 (UTC+04:00)
Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 4 240 yoluxma halı qeydə alınıb. SİA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 057 857 nəfərə çatıb. Məlumata əsasən, ötən sutka koronavirusdan 445 nəfər ölüb, ölənlərin ümumi sayı 73 494 nəfər təşkil edir.