Dövlət Rəsm Qalereyası “Axın” sərgisinə əsər qəbulu elan edir

26 Yanvar 2021 09:36 (UTC+04:00)

Dövlət Rəsm Qalereyası 2 fevral - Gənclər Günü ilə əlaqədar olaraq açılacaq “Axın” sərgisinə rəsm əsəri qəbulu elan edir. Qalereyadan SİA-ya bildirilib ki, sərgidə iştirak etmək istəyən rəssamlar öz ad, soyadı və əsərin fotosunu məlumatları ilə birlikdə resmqalereya@gmail.com adresinə göndərməlidirlər.

Əsərlərin qəbulu yanvarın 28-dək aparılacaq.