Türkiyənin “Rizəspor” klubunun yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib

26 Yanvar 2021 00:57 (UTC+04:00)

Türkiyənin “Rizəspor” klubunun yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.

SİA xəbər verir ki, bu posta gözlənildiyi kimi, rumın mütəxəssis Marius Şumudiça gətirilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Şumudiça bir neçə vaxt öncə Super Liqanın digər təmsilçisi “Qaziantep”dən istefaya göndərilmişdi. O, Rizə təmsilçisində Stepan Toması əvəz edib.

“Rizəspor” eyni gündə heyətinə daha bir rumıniyalını da heyətinə qatıb. Belə ki, sözügedən klub Rumıniyanın “ÇFR Kluj” komandasının yarımmüdafiəçisi Damyan Dokoviçi transfer edib. 32 yaşlı futbolçu ilə də 1.5 illik müqavilə imzalanıb.