İtaliya hökumətinin sədri Cuzeppe Konte istefa vermək niyyətindədir.
SİA-nın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə hökumət sarayının mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "Çərşənbə axşamı saat 09:00-da Nazirlər Şurasının iclası baş tutacaq. İclasda Baş Nazir Cuzeppe Konte istefa verəcəyini bəyan edəcək və ardınca müvafiq ərizəni ölkə prezidenti Sercio Mattarellaya təqdim edəcək".