Azərbaycanlı mütəxəssis beynəlxalq qurumun Hakimlər Kollegiyasının üzvlüyünə namizəd oldu

25 Yanvar 2021 20:26 (UTC+04:00)

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Hakimlər Kollegiyasının beş üzvündən biri olan Vahid Nəzərov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasında analoji quruma üzv seçilə bilər.

Azərbaycan AAAF-dan SİA-ya verilən məlumatına görə Federasiya beynəlxalq quruma onun üzvlüyünü təqdim edib.