Bakıda intihar hadisəsi - Araşdırmalar aparılır

25 Yanvar 2021 18:48 (UTC+04:00)
Yanvarın 24-də saat 15 radələrində paytaxtın Yasamal rayon sakini 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızının Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən hündürmərtəbəli binanın 18-ci mərtəbəsindən özünü ataraq intihar edib. SİA-nın məlumatına görə, intihar faktı üzrə hazırda Nərimanov rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.