Qanun pozuntuları yolverilməzdir Vladimir Putin

25 Yanvar 2021 16:42 (UTC+04:00)

İnsanlar qanun pozuntularına yol verməməlidirlər. SİA RenTv-yə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə ölkədəki razılaşdırılmamış hərəkatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, cavabdehlik daşıyan insanlar məqsədlərə çatmaq üçün icazəsiz tədbirlərdən istifadə edə bilməzlər. Rusiya lideri vurğulayıb ki, hər kəs öz fikirlərini qanun çərçivəsində təbliğ etmək hüququna sahibdir, eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları da öz işini görməlidir.

Putin bunun artıq "hər kəsin əziyyət çəkdiyi cəmiyyətdə bir dönüşə səbəb" olduğuna da diqqət çəkib.