Şəhid ailəsi üzvlərinin bir hissəsi azadlığa buraxılıb

25 Yanvar 2021 15:14 (UTC+04:00)

"Vətən müharibəsində şəhid olmuş şəxslərin cəzaçəkmə müəssisələrində olan valideynləri, yaxın qohumlarının bir hissəsi azadlığa buraxılıb”. SİA xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.

Onun sözlərinə görə, həmin şəxslərin sayı 30-dan çoxdur və dəqiq uçotu hazırlanıb: “Qanunun yol verdiyi hallara uyğun olaraq onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsinin həbs qətimkan tədbiri dəyişdirilib, bir şəhid ailəsinin üzvü oğlunun dəfnində iştirak etmək üçün səfərə buraxılıb”.