Milliyə daha bir oyunçu dəvət olunub

25 Yanvar 2021 14:47 (UTC+04:00)

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə yeni oyunçu dəvət olunub.

SİA-nın məlumatına görə, “Neftçi”nin üzvü Cavad Məmmədov ilk dəfə millinin hazırlıq prosesində iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan-Slovakiya oyunu yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək.