Evdən oğurluq edən şəxlər tutuldu

25 Yanvar 2021 13:48 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Qazıyev və Ö.Musayev saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 5-də rayon ərazisindəki evlərin birindən 2640 manat dəyərində müxtəlif əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Qazıyev və Ö.Musayev saxlanılıblar.