Rəmişin son şəkli ürək parçaladı FOTO

25 Yanvar 2021 14:24 (UTC+04:00)

Səhhətində problem olan Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) yeni fotosu yayılıb. SİA-nın məlumatına görə, şəkli Xalq artisti Fatma Mahmudova sosial şəbəkədə yayımlayıb. Aktrisa Rəmişi ziyarətə getdiyini bildirib.

O, fotoya bu sözləri qeyd edib: "Bu gün böyük sənətkarımız Rəmişə baş çəkdik. Allahdan böyük sənətkarımıza şəfa diləyirik".

Qeyd edək ki, gitara ifaçısının ağciyərində və qaraciyərində problemlər yaranıb. Həkimlər ona qaraciyər transplantasiyası edəcəklərini bildiriblər.