Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Aydan Rzayeva akademik xalq və caz musiqisi ifaçılarının I Beynəlxalq müsabiqəsində uğurla çıxış edib.
İdarədən SİA-ya bildirilib ki, müsabiqə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının praktiki və elmi-eksperimental bazası – Orta ixtisas musiqi məktəb-studiyasının 40 illiyinə həsr olunub.
Gənc istedad dünya və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edərək təltif olunub.