Ermənistan "siyasi yumağa" dönüb

25 Yanvar 2021 11:32 (UTC+04:00)

İlham Əliyev Paşinyanın utopik xəyallarını darmadağın etdi!

Artıq Ermənistan elə bir oyuna, elə bir düyünə düşüb ki, nə oyundan çıxa bilir, nə də düyünü aça bilir. Bunun səbəbi və günahı erməni xalqı özüdür. Artıq erməni xalqı əsil günahkar kimin olduğunu görür və yavaş-yavaş anlayır. Anlayır ki, əvvəlki rəhbərlər kimi, küçə təfəkkürlü "küçə demokratı" Nikol Paşinyanın yalançı vədlərinə tez inandılar. Bir də bu bədbəxt xalq neyləsin ki, hakimiyyətə gələnlərin hamısı yalançı, quldur, faşist. Ancaq Nikol Paşinyan kimi faşist əvvəlkilərdən geri qalmayıb: eyni vədlər, eyni pafoslu çıxışlar, nəticə isə...

Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq səviyyəli görüşlərdə, müsahibələrində, xalqa müraciətlərində Ermənistan prezidentlərinin rüşvətxor, generallarının isə oğru, qəhrəmanlarının cinayətkar olduğunu dəfələrlə deyib: "Ermənistan artıq bir neçə ildir ki, dərin böhran içindədir. Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi, prinsipcə, rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Məlum olub ki, onların generalları oğrudur, əsgər tuşonkasını oğurlayıb, sonra bazarlarda satdırırdılar. Onların qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açdı-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir".

Ölkə başçısı onu da bildirib ki, 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib: "Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi. Yaxşı, baxaq görək, 2018-ci ildən bu yana nə baş verib. Guya orada demokratik inqilab olub. Hamısı yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu bilirik, yəqin ki, erməni xalqı da bilir".

Dövlət başçısı hər çıxışı zamanı onu da vurğulayıb ki, bu illər ərzində vandallar, barbarlar Ermənistana rəhbərlik ediblər: "Görün, kim rəhbərlik edib Ermənistana, hansı cəllad, hansı alçaq mənəviyyat sahibi?! Şəhəri dağıdıblar, məscidimizi təhqir ediblər. Məscidimizə inək, donuz doldurublar, məscidin divarlarına isə dinimiz haqqında, xalqımız haqqında təhqiramiz ifadələr yazıblar. Məscidi təhqir edən, məscidin üzərində təhqiramiz rəsmlər çəkdirən, sözlər yazan Köçaryan budur. Onun əlaltısı və quyruğu Sarkisyan, onlar dağıdıblar bizim şəhərlərimizi iyirmi il ərzində. Bizim şəhərlərimiz müharibə dövründə dağıdılmayıb. Müharibə dövründə şəhərləri belə dağıtmaq mümkün deyil. Müharibədən sonra işğal dövründə bütün binaları, bütün yaşayış yerlərini söküblər. Onlar vandallardır, barbarlardır. Amma iyirmi il Ermənistana rəhbərlik ediblər".

Ermənistan müstəqil ölkə olmadı...

Prezident İlham Əliyev 44 gün davam edən Vətən Müharibəsinin qalibiyyət əldə etməsi ilə bağlı çıxışlarında bildirib ki, işğalçı, quldur ölkənin müstəqilliyindən danışmaq absurddur: "Onların rəhbərləri cinayətkardır, onların qəhrəmanları qorxaqdır. Ermənistan rəhbərliyi özü deyib ki, onlara əvvəllər quldurlar, cinayətkarlar rəhbərlik edib. Son iki il yarımda onlara kimin rəhbərlik etdiyini bütün dünya gördü. Ermənistan müstəqil ölkə ola bilmədi, Ermənistan faktiki müstəmləkədir. Onlar nəyə görə müstəqil ola bilmədilər? İşğala görə. Bundan sonra da məğlub edilmiş ölkə damğası ilə yaşayacaqlar".

Sözsüz ki, bugün ən azından dünya demokratiyadan danışdığı bir vaxtda aqressiv siyasət yeridərək bu məsuliyyəti öz uydurulmuş tarixi ədalətlərini bərpa etməyə yönəldilmiş fəaliyyətlə maskalamaqla demokratik və ədalətli dövlət imici yaratmaq mümkün deyil. Nə qədər ki, işğalçılıq siyasəti yeridiləcəksə, ölkə hakimiyyəti də dalana dirənəcək. Və nə qədər ki, işğal olunmuş Azərbaycan torpaqları geri qaytarılmayıb, məhz Ermənistan dövlətinin regionun lider dövləti olan Azərbaycan və onun yaxın müttəfiqi Türkiyə tərəfindən regiondakı bütün layihələrdən kənarda qalacaq. Məhz bunun nəticəsidir ki, Ermənistan iqtisadi inkişaf deyilən xəyaldan uzaq düşməkdədir. Belə olan halda isə uzun müddət Ermənistanı məhz bu vəziyyətdə saxlamaq istər erməni diasporası, istərsə də Rusiya üçün iqtisadi cəhətdən əlverişli deyil. Bu yardımların kəsilməsinin əsas səbəblərindən biri də erməni hakimiyyətinin ayrılan maliyyəni necə istifadə etməsidir.

Paşinyan son iki il müddətdə onsuz da dolaşıq olan Ermənistanın siyasi mühitini qatı "dumana bürüməyi" bacardı

Maraqlı məqam ondan ibarətdir ki, bu hakimiyyət məhz öz xalqına münasibətdə də aqressiv mövqedədir. Həyata keçirilən siyasətdə xalqın güzəranı nəzərə alınmır və şəxsi maraqlar üzərindən islahatlar həyat keçirilir. Və bundan istifadə edən N.Paşinyan da qısa müddətdə onsuz da dolaşıq olan Ermənistanın siyasi mühitini qatı "dumana bürüməyi" bacardı!

Belə olan halda vay erməni xalqının halına. O zaman erməni xalqı özü bu gününü düşünməli, düşdükləri dumanlı mühitdən çıxmaq üçün üzdəniraq "küçə demokratının" dərsini verməli və onlardan Azərbaycanla niyə düşmən olmalarının hesabını sormalıdır. Erməni xalqı tələb etməlidir ki, qonşuların torpaqlarını işğal etmək kursundan əl çəkib, insanların həyat şəraitini yaxşılaşdırmaq xəttini götürmək gərəkdir. Bunun üçün də təcavüzkar siyasətdən əl çəkilməlidir.

Doğrudur, bu gün Ermənistanda xalq ayağa qalxıb, ancaq vaxtında qalxmalı idi. Siyasətçilər dəfələrlə vurğullayıb ki, Qarabağ münaqişəsi nizamlanmadan heç bir problem həll oluna bilməz. Bunu nə ilə izah edirsən et, heç nə dəyişmir. İstər mücərrəd surətdə erməni xalqının iradəsindən bəhs et, istərsə də Paşinyan hakimiyyətinin siyasi iradəsindən dəm vur və ya başqa tarixi "faktlar" gətir, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!

Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu

Bu həqiqətən də belədir. Belə ki, 2018-ci ilin sonunua yaxın "küçə demokratı" Nikol Paşinyan xalqa verdiyi vədlərin 2020-ci ilin sonu bu gün Azərbaycanını haqq yolunda qalib olduğunu göstərdi, Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir.

Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub

Belə ki, istər 2020-ci il noyabrın 10-da, istərsə də 2021-ci il yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşdə üç ölkə rəhbərlərinin imzaladığı hər iki birgə bəyanatlar Azərbaycanın həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olmasıdır. Dövlət başçımızın görüşdə səsləndirdiyi fikirlər də göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin tərəfdarıdır. Bu görüşün nəticələri beynəlxalq aləmdə də böyük səbirsizliklə gözlənilirdi. Çünki Azərbaycan hər iki görüşə qalib, Ermənistan isə məğlub kimi gedirdi. Məhz ona görə də, Vətən Müharibəsinin 44-cü günü – 2020-ci ilin noyabrın 10-da imzalanan Azərbaycan- Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı müharibənin dayandırılması haqqında birinci tarixi müqavilə, şanlı qələbəmizin müqaviləsi, ərazi bütövlüyümüzün təmin olunması qələbəsinin qəbul olunması ilə xalqımızın 30 illək həsrətinə son qoyudu.

Ermənistan isə uçuruma gedən yolda - "bəlkə də qaytardılar" xülyası elə xülya olaraq qaldı. Çünki bəyanatın bütün maddələri ölkəmizin, xalqımızın səmərəsinə hesablanmışdır. Qarabağa heç bir status verilmir. "Dağlıq Qarabağ Muxtar Vilayəti" adlı ərazi yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayacaq, kommunikasiya və s. imkanlar genişləndiriləcək.

Bir sözlə, bu gün artıq Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. Bəli, sentyabrın 27-də Ermənistanın törətdiyi təxribata atekvat cavabı olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Bu qələbə bir daha Paşinyanın iç üzünü göstərdi….

Bəli, bu gün sosial şəbəkələrdə ermənilər Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Vətən Müharibəsinin 44 gün ərzində qələləb ilə başa çatdığını həzm edə bilməyən bir qrupp erməni ekspertləri sosial şəbəkələrəd Paşinyanınn həqiqətən də səviyyəsiz, savadsız olduğunu deyiblər. Dövlət başçılarının iştirak etdiyi beynəlxalq tədbirlərdə, sammitlərdə, debatlarda, xüsusuilə də Münxen Təhlükəsizlik Konfransında olanları təhlil edərək, açıq-aydın Azərbaycan Prezidenti İlham Əliyevin əsl diplomat siyasətçi, dövlət başçısı, qalib lider olduğunu, işğalçı ölkə rəhbərliyini isə çıxışları ilə ifşa etdiyini, rəzil hala salıb dünya erməniliyinin əsl məkrli mahiyyətini danılmaz faktlarla açıqladığını bir daha təhlil edərək sosial şəbəkələrdə bildiriblər.

Lusine Aroyan-Dallakyan: "Biz biabırcasına uduzduq"

Bütöv Erməni Milli Tərəqqi təşkilatının həmsədri Lusine Aroyan Dallakyan "Facebook” sosial şəbəkəsində Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə debat zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın biabırcasını məğlub olduğunu yazıb: "Mətbuat konfransını birn daha izlədim. Biz biabırcasına uduzduq. Paşinyan nə bir suala tam cavab verdi, nə də əks-zərbələr vurdu. Azərbaycan Prezidenti İlham Əliyevlə onu çatdırdı ki, Qarabağ Azərbaycanın tərkibində saxlanılmasının qeyri-mümükünlüyü barədə heç nə bilmədi. Yaxşı ki, sonra köməyinə Böyük Tiqran yetişdi. Amma qələbə artıq Əliyevin tərəfində idi".

Artak Vardanyan: "Paşinyan hələ də sarı bulvar qəzetinin üçüncü sort reportyoru səviyyəsində qalıb"

Publisist Artak Vardanyan isə Paşinyanı "sarı bulvar qəzetinin üçüncü sort reportyoru" adlandırıbö Bildirib ki, Paşinyan istənilən rəsmi tədbirdə ingiliscə danışmaq qanunuvericilik səviyyəsində qəti qadağan edilməlidir: "Bilirəm ki, heç onun ruscası da yaxşı deyil. Dinləmək məcburiyyətində qalmışam, ona görə deyirəm. Lakin onun ingiliscəsi sadəcə olaraq qorxuncdur. Yarımçıq frazalar. Uyğun sözün əzablı axtarışı, öz bədəninin müxtəlif hissələrini qeyri-ixtiyarı qurdalama…Onun münaqişənin tarixçəsi və mahiyyəti barədə bilikləri, baxmayaraq ki, iki ilə yaxındır ölkəyə rəhbərlik edir, tamamilə səthidir və Paşinyan hələ də sarı bulvar qəzetinin üçüncü sort reportyoru» səviyyəsində qalıb". Politoloq Andranik Tevanyan isə "Twitter" sosial şəbəkəsində baş nazirin şəklini paylaşaraq yazıb ki, Paşinyan yenidən sübut etdi ki, dövlət başçısı kostyumu onunu əyninə çox böyükdür.

Stepan Qriqoryan: "Paşinyan da İlham Əliyev qarşısında daim məğlubdur"

İxtisasca iqtisadçı Stepan Qriqoryan "Odnoklassniki" sosial şəbəkəsində yazır ki, acı həqiqət olsa da, demək lazımdır. İlham Əliyev yenə müxtəlif cəhətdən Ermənistan rəhbərlərindən çox öndə olduğunu göstərə bidirdi: "Paşinyanın ingilis dilində danışığı yeni kursa başlayan tələbələri xatırlatdı. Bu necə ifadə tərzdir, utancvericidir. Düşmən ölkə olsa dap, düzünü demək lazımdır. İlham Əliyev psixoloji cəhətdən Paşinyanı "sındırdı".

Göründüyü kimi, Ermənistanın baş naziri Paşinyan özü-özünü bir daha hakimiyyətə gəlməklə biabır etdi. Şübhəsiz, bu məsələdə Prezident İlham Əliyevin onların iç üzlərini açan çıxışları mühüm rol oynayıb. Bu isə bir daha o deməkdir ki, dövlət başçımızın Robert Koçaryan, Serj Sarkisyan və Nikol Paşinyan, daha doğrusu, Ermənistandakı despotik, xunta rejimi ilə bağlı fikirləri öz təsdiqini tapmaqdadır. Bu gedişlə erməni xalqının cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcəyi gün də uzaqda deyil.

RƏFİQƏ HÜSEYNOVA