Koreyada quş qripi yeni bir fəlakət yaradıb

25 Yanvar 2021 10:59 (UTC+04:00)

Cənubi Koreyanın bütün fermalarında quş qripinə qarşı mübarizə tədbirləri çərçivəsində 21 milyon 700 min baş ev quşu tələf edilib. SİA-nın xəbərinə görə, bunu ölkənin Ərzaq, Kənd, Meşə və Balıq Təsərrüfatları Nazirliyi açıqlayıb. 2020-ci ilin noyabrında Cənubi Koreyada yüksək patogenli H5N8 tipli quş qripi virusu aşkarlanıb. Ölkə üzrə yüksək patogenli quş qripi ilə bağlı 72 fakt qeydə alınıb.