Avstraliyanın Dövlət Terapevtik Məhsullar İdarəsi amerikan "Pfizer" şirkəti və Avstraliyadakı alman ortağı "BioNTech"in koronavirus peyvəndlərinin istifadəsini ilkin olaraq təsdiqləyib.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, ölkənin baş naziri Skot Morrison deyib.
"Təsdiq 16 yaşdan yuxarı böyüklər arasında vaksinin ən azı 21 gün fasilə ilə iki dəfə istifadəsini nəzərdə tutur”, - baş nazir bildirib.
S.Morrison "Pfizer - BioNTech" peyvəndinin milli təhlükəsizlik, keyfiyyət və effektivlik standartlarına tam uyğun olduğunu da qeyd edib. Vaksinin geniş istifadəsinin fevral ayının sonunda başlanması gözlənilir.
Səlahiyyətli orqanların qərarına əsasən, ölkədə peyvəndləmənin pulsuz və könüllü olacağı bildirilir.