Fransız polisi son 45 gündə komendant saatı pozuntularına görə 110000 cərimə yazıb

25 Yanvar 2021 08:43 (UTC+04:00)

Fransız polisi ötən il dekabrın 15-dən yanvarın 25-dək komendant saatına əməl edilmədiyinə görə 110.000 cərimə yazıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata əsasən , bu il yanvarın 22-dən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 1,4 milyondan çox yoxlama aparılıb. Çoxsaylı gizli yığıncaqların qarşısı alınıb, onların təşkilatçıları və iştirakçıları cərimələnib.

Xatırladaq ki, koronavirusa yoluxmaların yüksək olması səbəbindən 16 yanvar tarixindən Fransanın bütün ərazisində komendant saatı tətbiq edilib. Hazırda qadağa əvvəlki kimi 20:00-da deyil, 18:00-da başlayır və 06:00-da başa çatır. 17 oktyabrda bir sıra regionlarda tədbiq edilən komendant saatı ölkə ərazisini tam olaraq 15 dekabrda əhatə edib və başlayandan bir neçə dəfə uzadılıb.