Meksikanın 67 yaşlı prezidenti koronavirusa yoluxub

25 Yanvar 2021 07:08 (UTC+04:00)

Meksika prezidenti Andres Manuel Lopez Obrador koronavirusa yoluxub.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə rəhbəri özü söyləyib.

O, “COVID-19-a yoluxduğunu təəssüf hissi ilə qeyd edib: “Semptomlar mülayimdir, amma səhhətim normaldı, sağalmaqdayam. Həmişə olduğu kimi nikbinəm”.