Qananın şimalında avtobusla yük maşınının toqquşması nəticəsində 6 nəfər ölüb

25 Yanvar 2021 03:38 (UTC+04:00)
Qananın şimalında avtobusla yük maşını toqquşub. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində ən azı altı nəfər ölüb. Savanna yanğınsöndürmə şöbəsinin rəisi Kvasi Bafur-Avuax altı nəfərin öldüyündən başqa daha beş nəfərin yaralandığını bildirib. Polis qəzanı araşdırır.