Sabunçu rayonunda 36 yaşlı şəxsi yolu keçərkən avtomobil vurub

25 Yanvar 2021 02:16 (UTC+04:00)

Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb

SİA xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Nəcəfov Əbülfəz Məmmədqulu oğlu yolu keçərkən onu avtomobil vurub.

Yaralı kürək sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.