Rusiya paytaxtında keçirilən icazəsiz mitinqdə mindən çox etirazçı saxlanılıb

25 Yanvar 2021 00:47 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada keçirilən icazəsiz mitinqdə mindən çox etirazçı saxlanılıb.

SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə paytaxt Ombudsmanı Tatyana Potyaeva açıqlamasında bildirib.

Saxlanılanların əksəriyyəti 20-30 yaş arasında olduğu bildirilib.

Aksiyalar “Puşkinskaya” meydanında, daha sonra isə “Svetnoy Bulvar” ətrafındakı küçələrdə keçirilib.

Qeyd edək ki, razılaşdırılmamış etiraz aksiyaları şənbə günü Rusiyanın müxtəlif şəhərlərində də baş verib. Nümayişlər müxalifət liderlərindən olan Aleksey Navalnının tərəfdarları tərəfindən keçirilib.