Ukraynada son sutkada 4 minə yaxın insan koronavirusa yoluxub

24 Yanvar 2021 16:40 (UTC+04:00)

Son sutka ərzində Ukraynada 3915 nəfər COVID-19-a yoluxub, 83 nəfər bu xəstəlikdən həyatını itirib.

Bu barədə ölkənin səhiyyə naziri Maksim Stepanov bildirib.

Koronavirusa yeni yoluxanların 117-si uşaq, 111-i isə tibb işçisidir.

Yanvarın 23-nə olan vəziyyətə görə, Ukraynada 1 milyon 191 min 812 yoluxma faktı təsdiqlənib. Xəstələnənlərdən 947 min 514 nəfər müalicə olunaraq sağalıb. Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 21 min 861 nəfərdir.