Yerevanda Paşinyan əleyhinə aksiya keçirilir VİDEO

24 Yanvar 2021 13:05 (UTC+04:00)

Ermənistan müxalifəti Yerevanda ölkə hakimiyyətinə qarşı itaətsizlik aksiyası çərçivəsində avtomobil yürüşü keçirir.

Bu barədə Ermənistan mətbuatı xəbər verir.

Avtomobil yürüşünün iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

Xatırladaq ki, müxalifət ötən bazar günü də paytaxtda həmçinin avtomobil yürüşü keçirib. Aksiyanın iştirakçılarından biri polis tərəfindən saxlanılıb.