Meksikada naməlum şəxslər 19 nəfəri öldürərək yandırıblar

24 Yanvar 2021 09:43 (UTC+04:00)

Polis əməkdaşları Meksikanın Tamaulipas və Nuevo-Leon ştatları sərhədində 19 nəfərin yandırılmış cəsədlərini tapıblar.

Bu barədə Milenio qəzeti öz saytında bildirib.

İlkin məlumatlara görə, söhbət iki cinayətkar qrup arasında baş verən toqquşma qurbanlarından gedir.

Prokurorlar hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, 2020-ci ildə Meksikada 34 500 qəsdən adam öldürmə cinayəti törədilib.