Fransada 1 milyon nəfər koronavirusa qarşı artıq peyvənd olunub
24 Yanvar 2021 00:31 (UTC+04:00)
Fransada artıq 1 milyon nəfər koronavirusa qarşı peyvənd olunub.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransanın baş naziri Jan Kasteks özünün "Twitter" səhifəsində bildirib.
Qeyd edək ki, Fransada koronavirusa qarşı peyvəndləmə ötən il dekabrın 27-si başlayıb. İlk növbədə qocalar evinin sakinləri və səhiyyə işçilərinin peyvəndlənməsi nəzərdə tutulub.