İranda 6 mindən çox şəxs koronavirusa yoluxub

23 Yanvar 2021 15:10 (UTC+04:00)

İranda ötən sutka ərzində 6 207 nəfər koronavirusa (COVID 19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 367 032 nəfərə çatıb. Virus daşıyıcılarından 4 106 nəfərin vəziyyəti ağırdır.

Ölkədə ötən 24 saat ərzində 69 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 57 294 nəfərə yüksəlib. İndiyədək 1 158 475 nəfər koronavirusdan sağalıb. 8,85 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 18 rayon narıncı, 154 rayon sarı, 276 rayon isə mavi zona hesab olunur.