Bir gündə rekord sayda şəxs peyvənd olundu

23 Yanvar 2021 10:50 (UTC+04:00)

Hindistanda bir gündə rekord sayda şəxs koronavirusa qarşı peyvənd olunub.

Məlumata görə, ölkədə ötən gün 347 058 nəfər peyvəndlənib.

Ümumilikdə, Hindistanda koronavirusa qarşı peyvənd olunanların sayı 1,4 milyon nəfər yaxın olub.

Qeyd edək ki, ölkədə peyvəndləmə prosesi yanvarın 16-da başlayıb.