“Qalatasaray” heyətini 21 yaşlı hücumçu ilə gücləndirib

22 Yanvar 2021 22:31 (UTC+04:00)

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Brentford”un hücumçusu Halil Dervişoğlunu heyətinə qatıb. 21 yaşlı hücumçu artıq İstanbula gəlib. Onun qısa zamanda tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə imza atması gözlənilir.
Qeyd edək ki, Halil Dervişoğlu Rotterdam “Sparta”sının (Niderland) yetirməsidir.