Təbiətə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq

22 Yanvar 2021 13:15 (UTC+04:00)

İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin, ətraf mühitə və təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsi, bərpa planlarının dəqiqləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüş keçirilib. SİA-ya Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə işğaldan azad olunmuş ərazilərimizdə təbiətə qarşı ekoloji cinayətlərin həyata keçirilməsi, təbii sərvətlərə vurulmuş ziyanın hesablanması, mövcud yataqların istismar vəziyyətinin qiymətləndirilməsi və bərpası istiqamətində görüləcək işlərə Şura üzvlərinin cəlb olunacağı vurğulanıb.

Qarabağ bölgəsinin zəngin və füsunkar təbiətinin yenidən bərpası məsələlərində Şura üzvlərinin fəal iştirakının vacibliyi qeyd olunub.